ABŞ Covid-19 əleyhinə Moderna peyvəndinin istifadəsinə icazə verdi

2 Fevral 2022 01:08 (UTC+04:00)

ABŞ Qida və Dərman İdarəsi (FDA) Moderna əczaçılıq şirkətinin COVID-19-a qarşı Spikevax (Moderna peyvəndi kimi tanınır) peyvəndini təsdiqlədiyib.

SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, bu barədə şirkət tərəfindən məlumatı yayılıb.

Bildirilir ki, peyvənd 18 yaşdan yuxarı şəxslərin istifadəsi üçün tövsiyə olunur.

Qeyd edək ki, 18 dekabr 2020-ci il tarixindən etibarən bu peyvənd yalnız təcili istifadə üçün təsdiqlənmişdir. İndiyə qədər FDA-nın tam təsdiqini yalnız Pfizer-in COVID-19 peyvəndi almışdır, Johnson & Johnson peyvəndi üçün təsdiq prosesi davam edir.