İstanbul nəqliyyat sıxlığı baxımından dünyanın beşinci şəhəri seçilib

2 Fevral 2022 00:08 (UTC+04:00)

Beynəlxalq naviqasiya şirkəti tərəfindən aparılan hesablamalara əsasən nəqliyyat sıxlığı baxımından İstanbul dünyanın beşinci, Avropanın isə ikinci şəhəri seçilib.

SİA xəbər verir ki, hesablamalar dünyanın 57 ölkəsinin 416 şəhəri üzrə aparılıb.

Siyahıda ilk sırada 54 faiz sıxlıqla Rusiyanın paytaxtı Moskva şəhəri yer alır. İkinci yerdə Hindistanın Mumbay, üçüncü sırada isə Kolumbiyanın Boqoto şəhərlərinin adları çəkilir.