"ABŞ və Qətər arasında tərəfdaşlıq gündən-günə güclənir" -QƏTƏR ƏMİRİ

1 Fevral 2022 17:13 (UTC+04:00)

Qətər əmiri Tamim bin Hamed Al Sani Amerikanın Vaşinqton şəhərində Baydenlə görüşdükdən sonra sosial media hesabında paylaşım edib. SİA xarici mətbuata istinadən xəbər verir ki,o, paylaşımında: "Co Baydenlə görüşlərimiz səmərəli oldu. Görüşlər zamanı iki ölkə arasında strateji tərəfdaşlıq kontekstində beynəlxalq və regional hadisələrlə bağlı perspektivlərimizi müzakirə etdik"-deyə qeyd edib. Təmim regionda sabitlik və sülhün təmin edilməsi üçün ABŞ və Qətər arasında tərəfdaşlığın gündən-günə gücləndiyini vurğulayıb. Co Bayden dövründə Körfəz ölkələrindən ABŞ-a səfər edən ilk lider olan Qətər Əmiri Təmim bazar günü ölkəyə gəlib.