Almaniyanın Hamburq şəhərində bir məktəbə silahlı basqın edilib. SİA xarici mətbuata istinadən xəbər verir ki, dərhal hadisə yerinə polis qrupları göndərilib. Ehtiyat tədbirləri üçün xüsusi təyinatlılar da səfərbər edilib. Məktəbin ətrafı mülki şəxslər üçün bağlanıb. Hücum edənin gənc olduğu bildirilib. Bəzi mənbələr hücum edənin tələbə olduğunu iddia edir.