Müsəlman qəbristanlığının qarşısına donuz başı və dərisi qoyulub

1 Fevral 2022 16:03 (UTC+04:00)

Fransada müsəlman qəbristanlığının qarşısına donuz başı və dərisi qoyulub. SİA xarici mətbuata istinadən xəbər verir ki, dəfn evinin rəhbərliyi baş verənlərə üsyan edib və bunun üçüncü dəfə olduğunu bildirib. Dəfn evinin operatoru Djamel Sekkak 6 il əvvəl məskunlaşdığı bölgədə üçüncü dəfə hücuma məruz qaldığını açıqlayıb.