ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) rəsmisi Con Kirbi mətbuat konfransında Ukrayna münaqişəsi ilə bağlı açıqlamalar verib. SİA xəbər verir ki, ABŞ Müdafiə Nazirliyinin rəsmisi Con Kirbi bildirib ki, Rusiyaya qarşı qoşun göndərmək müzakirə mövzusu deyil, qoşunlar yalnız NATO ölkələrini qorumağa və müdafiyəyə yönəliblər.
Kirbi yanvarın 28-də Ukraynaya yeni bir qrup silah və sursat göndərdiklərini və bu göndərişlərin davam edəcəyini bildirib. ABŞ, Böyük Britaniya və Kanada ordularının təlim bölmələrinin hələ də Ukraynada olduğunu qeyd edən Kirbi bildirib ki, ABŞ prezidenti Co Bayden ruslarla müharibədə Amerika əsgərlərini Ukraynaya göndərməyəcəyini çox açıq şəkildə ifadə edib: "Aydındır ki, bu, masada deyil. Ona görə də bizim diqqətimiz xüsusilə NATO-dakı müttəfiqlərimizdir. Bəhs etdiyimiz real təhlükəsizlik təminatları bunlardır”.