Pilotun məharəti təyyarəni qəzadan xilas edib

1 Fevral 2022 15:00 (UTC+04:00)

Güclü külək səbəbindən paytaxt Londonda qorxulu anlar yaşanıb.

SİA xarici mətbuata istinadən xəbər verir ki, ötən gün"British Airways"ə məxsus təyyarə Hitrou Hava Limanına eniş etmək istəyərkən güclü külək səbəbindən enmə-qalxma zolağında sürüklənib.

Güclü külək səbəbindən yenidən havaya qalxmağa məruz qalan təyyarə, son anda pilotun məharəti sahəsində qəzadan xilas olub.