Rusiya Ukrayna münaqişəsində ABŞ-ın sanksiya təhdidləri qarşısında geri addım atmayacaqlarını açıqlayıb. SİA xəbər verir ki, bu barədə Rusiyanın Vaşinqtondakı səfirliyinin rəsmi Facebook səhifəsində açıqlama edilib. Yazılı açıqlamada bildirilib ki, gərginliyi alovlandıran Moskva deyil, Vaşinqtondur: "ABŞ-ın sanksiya təhdidlərini dinləyərkən geri çəkilməyəcəyik".
Məlumata görə, Rusiya ABŞ-ın Ukrayna münaqişəsi ilə bağlı təkliflərinə yazılı cavab verib.
Amerika xarici işlər rəsmisi ABŞ-ın Ukrayna ilə bağlı təkliflərinə Rusiyadan cavab aldığını bildirib: "Rusiyadan yazılı cavab aldığımızı təsdiqləyə bilərik. Cavabın təfərrüatlarını açıq şəkildə müzakirə etmək əks-məhsuldar olardı, ona görə də onların cavabı barədə danışmaq üçün Rusiyanın öhdəsinə buraxırıq".