“Rus hücumu”ndan panikaya düşməyin - ZELENSKİ

1 Fevral 2022 13:20 (UTC+04:00)

Ukrayna prezidenti Vladimir Zelenski parlamentdə çıxış edib. SİA xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski parlamentdəki çıxışda 3 il ərzində silahlı qüvvələrin sayının 100 min nəfər artırılacağını bildirib. Zelenski həmçinin deputatları “Rus hücumu” ilə bağlı panikaya düşməməyə çağırıb. Eyni zamanda Ukrayna prezidenti Vladimir Zelenski parlamentdəki çıxışında regionda baş verənləri müzakirə edib.

Üç il ərzində silahlı qüvvələrin sayının 100 min nəfər artırılacağını deyən Zelenski Ukrayna iqtisadiyyatının stabilləşdiyini də bildirib.

Millət vəkillərini vahid olmağa və "Rusiyanın hərbi hücumu" ilə bağlı panikaya düşməməyə çağıran Zelenski, "Ukrayna, İngiltərə və Polşa arasında Avropada yeni əməkdaşlıq formatı yaradırıq" deyə bildirib.