11 nəfər faciədə dünyasını dəyişib

1 Fevral 2022 12:24 (UTC+04:00)

Ekvadorda ötən gün yağan yağışlar səbəbindən Quitonun şimalındakı La Comuna bölgəsində torpaq sürüşməsi baş verib.

SİA xarici mətbuata istinadən xəbər verir ki, əsas küçədə yaşayan insanlar torpaq və palçıqdan xilas olmaq üçün saatlarla gözləyiblər. Küçələr palçıq və dağıntı ilə örtülüb, infrastruktur sistemi dağılıb. Yerli insanlar yeriməkdə belə çətinlik çəkiblər. Tam xaosun hökm sürdüyü bölgədə nə qədər insanın öldüyü barədə dəqiq izahat yoxdur. Səlahiyyətlilər yerli əhalini evlərindən yuxarı qalxmağa çağırıb. Fövqəladə vəziyyətlə əlaqədar bəzi küçələr bağlanıb. Ərazidə işıq yoxdur. Lakin yerli xəbərlər 11 nəfərin öldüyünü bildirib. Onlarla insanın itkin düşdüyü bildirilir. Sürüşmə avtomobilləri və zibil qablarını da aparıb.

Qeyd edək ki, yaralıların sayı hələlik məlum deyil.