Ukraynaya hərbi yardım edilir

1 Fevral 2022 11:31 (UTC+04:00)

Hava hərəkətini müşahidə platformalarından alınan məlumatlara görə, son 24 saat ərzində NATO-nun ən azı 3 hərbi-nəqliyyat təyyarəsi Ukraynaya uçub. SİA xəbər verir ki, "İngiltərədəki Brize Norton" avia bazasından havaya qalxan "Airbus A400M " və Polşaya məxsus "CASA C-295M" hərbi nəqliyyat təyyarələri Ukraynanın paytaxtı Kiyevə çatıb.
Eyni zamanda, Kanadanın ağır hərbi-nəqliyyat təyyarəsinin Ukraynanın Lvov şəhərinə gəldiyi müəyyən edilib.
ABŞ və Böyük Britaniyanın ağır nəqliyyat təyyarələri Ukraynaya hərbi texnika və silah çatdırmaq üçün son iki həftə ərzində ən azı 15 uçuş həyata keçirib. Ukraynanın müdafiə naziri Aleksey Reznikov bu həftə ABŞ-dan yeni hərbi nəqliyyat təyyarələri gözlədiklərini açıqlayıb.