Sabahdan Əfqanıstanda dövlət universitetləri açılacaq

1 Fevral 2022 09:17 (UTC+04:00)

Əfqanıstan fevralın 2-də dövlət universitetlərinin açıldığını elan edib.

SİA-nın əldə etdiyi məlumata görə, Əfqanıstandakı müvəqqəti “Taliban” hökumətinin ali təhsil nazirinin müavini Şeyx Abdulbaki Haqqani jurnalistlərə bildirib ki, ölkənin isti əyalətlərindəki bütün dövlət universitetləri fevralın 2-dən dərsləri bərpa edəcək.

Nisbətən soyuq olan əyalətlərdə universitet dərsləri fevralın sonunda başlayacaq. Beləliklə, Haqqaninin sözlərinə görə, tezliklə bütün dövlət universitetlərində tədris prosesi bərpa olunacaq.

Hakkani qeyd edib ki, təhsilin başlanmasından 3 həftə sonra universitetlərdə imtahanlar keçiriləcək.