"Instagram"-ın işində problem yaranıb

1 Fevral 2022 07:59 (UTC+04:00)

ABŞ-da "Instagram" sosial şəbəkəsinin fəaliyyətində problemlər müşahidə olunur.

SİA xəbər verir ki, bu barədə çərşənbə axşamı Downdetector saytında məlumat verilib.

Qeyd olunur ki, problem haqqında məlumat verən istifadəçilərin 55 faizi mobil tətbiqin işindən şikayət edir, 25 faizi sayta daxil ola bilmir, digər 20%-i serverə qoşulmada problem yaşayır.