Çinin Şanxay şəhərində olan akvariumların birində robot köpəkbalığı nümayiş olunub.
SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, bu balığın uzunluğu 4.7 metr, çəkisi isə 350 kiloqramdır.
“Shenyang Aerospace Xinguang Group” tərəfindən hazırlanmış balina əsl köpəkbalığı kimi hərəkət edə və suda üzə bilir.
Qeyd edək ki, robotun suda hərəkət etməsi üçün bionik texnologiyadan istifadə edilir.