Bakıda "Ankara məktəbi" koronavirusa görə bağlanıb

1 Fevral 2022 00:02 (UTC+04:00)

Bakıda daha bir məktəb koronavirusa görə bağlanıb.

SİA xəbər verir ki, koronavurusa yoluxan müəllim və şagirdlərin çoxluğuna görə "Ankara məktəbi" məktəb-liseyində fevralın 1-dən dərslərin bir həftə ərzində distant keçirilməsi qərara alınıb.

Qeyd edək ki, ötən ilin oktyabrında da sözügedən məktəb iki həftəlik distant tədrisə keçmişdi.