Türkiyədə son gündə koronavirusdan 182 nəfər ölüb

31 Yanvar 2022 22:25 (UTC+04:00)

Türkiyədə son sutkada yeni növ koronavirusdan 182 nəfər ölüb.

SİA-nın xəbərinə görə, Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca bu barədə “twitter” səhifəsində paylaşım edib.

Nazirin yeni növ koronavirusla bağlı yayımladığı bugünki cədvəldə COVID-19 infeksiyası ilə əlaqədar 435 min 513 nəfərin test edildiyi, 93 min 261 nəfərin koronavirus testinin pozitiv nəticə verdiyi, 93 min 438 nəfərin isə bu xəstəlikdən sağaldığı göstərilib.