Türkiyənin reytinqli yarışmalarından olan "Kim milyonçu olmaq istəyir?"də maraqlı anlar yaşanıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, aktyor Kenan İmirzalıoğlunun aparıcılığını etdiyi proqrama bu dəfə Hamide Tanır adlı iştirakçı qatılıb.
Onun fərqli danışıq tərzi və ona ünvanlanan sual sosial şəbəkələrdə müzakirələr yaradıb. İştirakçıya Avropa ölkələrində yaşanan bir hadisə ilə bağlı verilən sual gündəm olub. Proqramın həmin hissəsi kəsilərək bir çox onlayn platformalarda paylaşılıb.
Nəticədə 30 milyondan çox baxış sayı toplayaraq Türkiyə "tviter" tarixində ən çox izlənilən video olub.