“Omikron”a yoluxanlar ən çox bunlardan şikayət edirlər Nazirlik

31 Yanvar 2022 11:57 (UTC+04:00)

Koronavirusun “Omicron” ştamının simptomları çox vaxt kəskin respirator infeksiya simptomlarına bənzəyir.

SİA-nın məlumatına görə, bunu Səhiyyə Nazirliyi Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktorunun müavini Afaq Əliyeva deyib.

Onun sözlərinə görə, yeni ştam əsasən yuxarı tənəffüs yollarına - burun və boğaza təsir edir, koronavirus infeksiyasının digər ştammlarına nisbətən ağciyərlərə daha az yayılır.

"“Omicron”un ən çox qeydə alınan simptomları - baş ağrısı, burun axması və boğaz ağrısıdır. Həmçinin, yeni ştama yoluxmuş şəxslər yorğunluq, qızdırma, bədən ağrıları və gecə tərləmələrindən şikayətlənirlər", - deyə o əlavə edib.