Aktrisa 7 ildən sonra teatra qayıdıb

31 Yanvar 2022 10:45 (UTC+04:00)

Həyat yoldaşı məşhur türk müğənni Sinan Akçıldan ayrılması ilə gündəmə gələn aktrisa Burcu Kıratlı 7 ildən sonra teatra qayıdıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, “Hər sevgi Biraz Gülməli” komediyasında baş rolu canlandıran Kıratlını Hakan Altınəl, Gürkan Tavukçuoğlu, Tuğçə Koçak və Murat Ergür müşayiət edir.

Tamaşa fevralın 10-da Mecidiyeköydəki Tramp səhnəsində nümayiş olunacaq.

Ayşən Vəli