"Amazon" internet-xidmətlərinin işində qüsurlar yaranıb

31 Yanvar 2022 08:55 (UTC+04:00)

ABŞ-da "Amazon" internet-xidmətlərinin işində qüsurlar yaranıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə populyar internet resurslarının işini izləyən "Downdetector" xidmətinin saytında məlumat verilib.

Məlumata əsasən, istifadəçilərin 49 faizi saytın işində, 43 faizi tətbiqin, 9 faizi isə sifarişlərin izlənilməsində problemlərlə qarşılaşıblar.