COVID-19 əleyhinə 29 min dozadan çox peyvənd vurulub

30 Yanvar 2022 16:50 (UTC+04:00)

Yanvarın 30-da Azərbaycanda 29 min 728 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiya olunub. Nazirlər Kabineti yanında Operativ Qərargahdan SİA-ya bildirilib ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 min 374, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1310, “buster” doza ilə peyvənd olunanların sayı isə 26 min 44 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 12 milyon 749, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 milyon 230 min 388, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 milyon 742 min 169 nəfər, “buster” doza ilə peyvənd olunanların sayı 2 milyon 28 min 192 nəfər təşkil edir.