Həkim-endokrinoloq bildirib ki, ana südü sterildir və daim istifadəyə hazırdır: "Ana südünün tərkibində olan qidalar, vitamin və minerallar uşağın formalaşmasında və immunitetin əmələ gəlməsində vacib rol oynayır. Ana südünün tərkibində olan fermentlər həzmi formalaşdırır və uşaq onu daha yaxşı həzm edir".
Mütəxəssislərin dediyinə görə, insanlar özləri də immuniteti qaldıra bilərlər. Normal qidalanmaq, meyvə-tərəvəzə daha çox üstünlük vermək, təmiz havada çox olmaq, idmanla məşğul olmaq lazımdır. Bütün bunlar müəyyən qədər də olsa immunitetin möhkəmlənməsinə aparıb çıxarır.