İtaliyalı alimlər mühüm açıqlama verib KORONAVİRUSLA BAĞLI

29 Yanvar 2022 22:31 (UTC+04:00)

Koronavirusun omikron ştammının inkişafı belə qənaətə gəlməyə imkan verir ki, tezliklə COVID-19 mövsümi xəstəliyə çevriləcək və peyvənd ildə bir dəfə aparılacaq. SİA xəbər verir ki, bu sözləri İtaliya Milli Tədqiqat İnstitutunun direktoru Spallanzani Françesko Vaya deyib.

"Omikron adlı bu mutasiya getdikcə mövsümi xəstəliyin xüsusiyyətlərini və əlamətlərini öz üzərinə götürür. Hətta peyvənd istehsalçıları belə razılaşırlar ki, vaxtında bir-birinə yaxın olan peyvəndlər faydasızdır. Biz, səhhətində problem olan insanlarla illik peyvəndə başlayacağıq”, deyə Spallanzani Françesko Vaya bildirib.