Bolqarıstanın Səhiyyə Nazirliyi, ölkədə artan koronavirus hadisələri və aşağı peyvənd nisbəti səbəbiylə "qırmızı zona"ya yerləşdirilən Türkiyədən girişlər üçün PCR testi və peyvənd sertifikatı tələbində yumşalara gedildiyini açıqlayıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, Türkiyənin Sofiyadakı səfirliyi, fevralın 1-də həyata keçiriləcək müraciət üçün etibarlı peyvənd sertifikatının təqdim edilməsinin, xəstəliyin keçdiyini sübut edən sənədlərdən birinin təqdim edilməsinin və ya mənfi nəticə verən PCR testinin Bolqarıstana giriş üçün kifayət edəcəyini bildirib.