Müğənni minlərlə lirə cərimə olundu

29 Yanvar 2022 16:10 (UTC+04:00)

Məşhur türk müğənni Bərkay sosial şəbəkədə müzakirə etdiyi Burak B. ilə məhkəmə qarşısına çıxıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, Burak B. müğənninin onu hədələdiyini və təhqir etdiyini bildirib.

Məhkəmədə iştirak etməyən Bərkay polis qrupları tərəfindən tutularaq hakim qarşısına çıxarılıb. O, özünü müdafiə edərkən yenə təhqir etdiyi üçün minlərlə lirə cərimə olundu.

Ayşən Vəli