İspaniyanın Barselona şəhərində məzuniyyətdə olan polis zabiti girdiyi marketdə silahlı soyğunçunu zərərsizləşdirib. Təhlükəsizlik kamerası hadisələri saniyələr ərzində qeydə alıb.
SİA xarici mətbuata istinadən bildirir ki, məzuniyyətdə olan bir polis məmuru İspaniyanın Kataloniya muxtar bölgəsində yerləşən Barselonada supermarketə daxil olub. Mağaza işçisi ilə kassanın yanında bir nəfərin dayandığını görən polis işçidən hər şeyin qaydasında olduğunu soruşub. Amma işçinin əvəzinə şübhəli şəxs hər şeyin qaydasında olduğunu deyərək polisə cavab verib.
Marketin təhlükəsizlik kamerasına əks olunan görüntülərə görə, polis arxadan yaxınlaşan şübhəli şəxsi yaxalayaraq vəziyyətə müdaxilə edib. Şübhəli polisə müqavimət göstərdiyi üçün hər ikisi yerə yıxılıb