Bakıda məşhur gecə klubunda dava düşüb FOTO

29 Yanvar 2022 09:35 (UTC+04:00)

Bakının Nizami rayonunda kütləvi dava düşüb.

SİA-nın məlumatına görə, dava dünən gecə saat 12:00 radələrində "Neftçilər" metrostansiyası yaxınlığında yerləşən "X-Life" gecə klubunun yaxınlığında baş verib.

Ərazidə yaşayan sakinlərin dediklərinə görə, əraziyə polis əməkdaşları cəlb olunub, bir neçə nəfər saxlanılıb.