9 nəfər təbii qazdan zəhərləndi

29 Yanvar 2022 09:21 (UTC+04:00)

Türkiyənin Afyonkarahisar bölgəsində bir mənzildə 9 nəfər təbii qazdan zəhərlənərək xəstəxanaya yerləşdirilib.

SİA xarici mətbuata istinadən bildirir ki, Afyonkarahisarın Dumlupınar məhəlləsində 6 mərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yaşayan 3-ü uşaq olmaqla 9 nəfər təbii qazdan zəhərlənib.

Xəbərdarlıq üzərinə bölgəyə təcili yardım, polis, xilasetmə və təbii qaz şirkətləri qrupları cəlb edildi. Hadisə yerinə gələn təcili yardım qrupları, təbii qazdan təsirlənən şəxsləri Dövlət Xəstəxanasına yerləşdiriliblər.

Xəstəxanada müalicə alan 9 nəfərin səhhətinin yaxşı olduğu bildirilib.