Sakit okeanda 6,6 bal gücündə zəlzələ olub

29 Yanvar 2022 08:03 (UTC+04:00)

Sakit okeanda, Kermadek adaları yaxınlığında 6,6 bal gücündə zəlzələ baş verib.

SİA-nın ABŞ Geoloji Xidmətinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri yaxınlığında yaşayış məntəqəsi yoxdur, zəlzələ ocağı isə 33 kilometr dərinlikdə yerləşib.

Sunami təhlükəsi barədə məlumat verilməyib.