DÇ-2022: Peru yığması səfərdə Kolumbiyanı məğlub edib

29 Yanvar 2022 05:58 (UTC+04:00)

Futbol üzrə Dünya Çempionatının seçmə mərhələsi çərçivəsində Kolumbiya yığması Peru yığmasını qəbul edib.

SİA-nın məlumatına görə, oyun qonaqların minimal hesablı qələbəsi ilə yekunlaşıb - 1:0.

Oyunda yeganə qolu Edison Flores vurub.

Qeyd edək ki, hazırda Peru yığması qrupda dördüncü, Kolumbiya yığması isə altıncı yerdədir.