Bakıda sakinini avtomobil vurub

29 Yanvar 2022 05:28 (UTC+04:00)

Bakının Xətai rayonunda yol qəzası zamanı bir nəfər xəsarət alıb.

SİA xəbər verir ki, hadisə Neapol dairəsində qeydə alınıb.

1989-cu il təvəllüdlü Hümbətov Səlim Rövşən oğlu yolun piyada üçün müəyyən edilməmiş hissəsindən keçərkən onu minik avtomobili vurub. Yaralı xəstəxanaya yerləşdirilib.