Yoldaşlarını öldürən Ukrayna əsgəri istintaq təcridxanasına göndərilib

29 Yanvar 2022 05:12 (UTC+04:00)

Ukraynanın Dnepr şəhər məhkəməsi Milli Qvardiyanın əsgəri Artem Ryabçük barədə 2 aylıq həbsqətimkan tədbiri seçib.

SİA-nın xəbərinə görə, bu barədə RBK-Ukrayna saytı məlumat yayıb.

Qeyd edək ki, Ukrayna Milli Qvardiyanın əsgəri Artem Ryabçük qarovulda olarkən əsgər yoldaşlarına atəş açıb. Hadisə nəticəsində 5 nəfər ölüb, 5 nəfər yaralanıb. Silahla qaçan Artemi tutmaq üçün əməliyyat təşkil edilib.