Papa səhiyyədə yalanla mübarizəyə çağırıb

29 Yanvar 2022 04:22 (UTC+04:00)

Roma Papası Fransisk səhiyyə sahəsində yalan məlumatlarla mübarizə aparmağa çağırıb.

SİA-nın əldə etdiyi məlumata görə, Papa beynəlxalq media konsorsiumunun nümayəndələri ilə görüşü zamanı bu bəyanatla çıxış edib.

O, informasiya sahəsində saxtakarlıqla mübarizə aparmağı zəruri hesab edib.

Pontifik qeyd edib ki, hazırda pandemiya və infodemiya yayılır, yəni qorxuya əsaslanan reallıq təhrif olunur.

Onun fikrincə, tədqiqatları mütərəqqi olan və xəstəliklərlə effektiv mübarizə aparmağa imkan verən alimlərlə əməkdaşlıq etmək lazımdır: