AYİB-ı Türkiyә iqtisadiyyatına qoyduğu sәrmayә ilә bağlı bәyanat verib

29 Yanvar 2022 03:54 (UTC+04:00)

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) 2021-ci ildə Türkiyəyә yatırdığı sәrmayәnin hәcminin 2 milyard avroya çatdığını bildirib. SİA bu barədə Türkiyə mətbuatına istinad edir.

Avropa Yenidənqurma və İnkişaf Bankından verilən açıqlamada bu vәsaitin 85 faizindən çoxunun özəl sektora, 55 faizinin isə davamlılığı dəstəkləyən layihələrə ayrıldığı vurğulanıb.

Açıqlamada qeyd olunub ki, yeni növ koronavirus (Covid-19) epidemiyasının yaratdığı şokdan sonra özəl sektor və ‘‘yaşıl’’ iqtisadiyyatın canlanması üçün Türkiyә iqtisadiyyatına 2 milyard avro sәrmayә qoyulub.

Bankın bəyanatında hәmçinin bildirilirdi ki, Avropa Yenidənqurma və İnkişaf Bankı keçәn il 572 milyon avro kredit imkanı da yaradıb.