Ərdoğan yeni ədliyyə naziri təyin edib

29 Yanvar 2022 03:18 (UTC+04:00)

Ədliyyə naziri Abdulhamit Gül vəzifəsindən azad edilib.

SİA-nın əldə etdiyi məlumata görə, bununla bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sərəncam verib.

Qeyd edək ki, 57 yaşlı Bekir Bozdağ ədliyyə naziri (2015-2017), Baş nazir müavini (2017-2018), həmçinin müxtəlif illərdə Türkiyə Böyük Millət Məclisində Ədalət və İnkişaf Partiyasının deputatı olub.