Bakıda moped avtomobilə çırpılıb, xəsarət alan var

29 Yanvar 2022 02:58 (UTC+04:00)

Bakının Nəsimi rayonunda yol qəzası zamanı bir nəfər xəsarət alıb.

SİA xəbər verir ki, hadisə Səməd Vurğun və Şəmsi Bədəlbəyli küçələrinin kəsişməsində baş verib.

Moped sürücüsü kəsişmədən keçərkən “Hyundai” markalı avtomobilə çırpılıb. Qəza nəticəsində mopedin sürücüsü ağır xəsarət alıb. Nəqliyyat vasitələrinə isə zərər dəyib. Hadisə yerinə Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.