İstehlaka yararsız müxtəlif növ dondurma məhsulları məhv edilib.

SİA xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.

Bildirilib ki, “AZ FP CO LTD”nin müraciəti əsasında istehlaka yararsız və istifadə müddəti bitmiş, 11 adda, 19691.46 kq müxtəlif növ dondurma məhsulları “Təmiz Sumqayıt-Kənan” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.