Türkiyə BMT-ni tənqid etdi...

29 Yanvar 2022 00:18 (UTC+04:00)

Türkiyənin BMT-dəki Daimi Nümayəliyinin müvəqqəti işlər vəkili Öncü Keçeli Suriyadakı böhranın humanitar yardımla həll edilə bilməyəcəyini bildirərək, "Humanitar yardım, xərçəngi yara bandı ilə müalicə etməyə çalışmaq kimidir" deyib. SİA bu barədə Türkiyə mətbuatına istinad edir.

BMT Təhlükəsizlik Şurasının Suriyadakı humanitar vəziyyəti müzakirə etdiyi sessiyada çıxış edən Ö. Keçeli BMT-nin dünyanın bir çox yerində davam edən böhranlar qarşısında “sonradan müdaxilə servisi”nə çevrildiyini bildirib.

Öncü Keçeli BMT-ni "humanitar yardım xərçəngi yara bandı ilə müalicə etməyə çalışmaq kimidir" deyə tənqid edib və deyib ki, beynəlxalq ictimaiyyət problemləri öz qapılarından uzaq tutmaq üçün pul tökür.
BMT baş katibinin humanitar yardım üzrə müavini Martin Qriffiths isə illərdir davam edən müharibə, yoxsulluq və epidemiyadan tükənmiş suriyalıların indi yenidən sərt qışla qarşılaşdıqlarını ifadə edərək, 2 milyon insanın olduğu ölkənin şimal-qərbində soyuqda çadırlarda olan suriyalıların şərtlərinin bu qış müvəqqəti də olsa yaxşılaşdırılması üçün çağırış edib.

Norveç Qaçqınlar Şurasının baş katibi Yan Eqland “Onlar müharibədən çıxıb cəhənnəmə getdilər” deyib.