Türkiyə Pakistana başsağlığı verib

29 Yanvar 2022 00:14 (UTC+04:00)

Türkiyə Pakistanın Bəlucistan əyalətində nəzarət-buraxılış məntəqələrindən birinə edilən hücum nəticəsində şəhid olan əsgərlərə başsağlığı verib.

SİA xəbər verir ki, Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada Bəlucistan əyalətində nəzarət-buraxılış məntəqəsinə təşkil edilən hücumda 10 pakistanlı əsgərin şəhid olduğu böyük kədərlə öyrənildiyi bildirilib.

Açıqlamada "Hücumda həyatını itirənlərin ailələrinə, Pakistan xalqına və hökumətinə başsağlığı verir, Pakistanın terrorla mübarizəsində hər zaman yanında olduğumuzu bir daha vurğulayırıq” deyilib.

Qeyd edək ki, Pakistanın Bəlucistan əyalətinin Keç bölgəsində hərbi şəhərciyə edilən hücumda 10 əsgər həlak olub.

Ordu rəsmilərinin sözlərinə görə, hücum nəticəsində 1 silahlı öldürülüb, çoxlu sayda terrorçu yaralanıb.

Qeyd edilir ki, terrorçuların tutulması üçün əməliyyata başlanılıb və indiyədək 3 silahlı yaxalanıb. Hücumun hansı qruplaşma tərəfindən həyata keçirildiyi açıqlanmır.