ABŞ qoşunları Avropaya yollanmaq üçün hazırlıq vəziyyətinə gətirilib

29 Yanvar 2022 00:05 (UTC+04:00)

“ABŞ Avropaya hələ ki, qoşun göndərməsə də, hərbçilər döyüş hazırlığı vəziyyətinə gətirilib”.

SİA-nın xəbərinə görə, bunu jurnalistlərə ABŞ-ın müdafiə naziri Lloyd Ostin bildirib.

“Bir heç bir qoşun göndərməmişik. Lakin qoşunlar yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib”- deyə Pentaqon rəhbəri vurğulayıb.

Mətbuat konfransında iştirak edən Qərargah Rəisləri Komitəsinin sədri də Mark Milli də nazirin sözlərini təsdiqləyib.