ABŞ Ukraynaya döyüş sursatı yollayıb

28 Yanvar 2022 23:53 (UTC+04:00)

ABŞ Ukraynaya növbəti hərbi yardımını cümə günü çatdırıb.

SİA-nın xəbərinə görə, bunu jurnalistlərə ABŞ-ın müdafiə naziri Lloyd Ostin bildirib.

“Ötən dekabrda prezident Bayden Ukraynaya 200 milyon dollarlıq əlavə silah yardımını təsdiqləyib. Ardım Javelin komplekslərini, tank əleyhinə sistemləri, döyüş sursatı və avadanlıqları əhatə edir. Silah təchizatı davam edir. Növbəti yardım partiyası bu gün çatdırılıb” – deyə Ostin əlavə edib.