Runi bu klubdan imtina etdi

28 Yanvar 2022 23:18 (UTC+04:00)

"Derbi Kaunti"nin baş məşqçisi Ueyn Runi "Everton"u çalışdırmaqdan imtina edib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə 36 yaşlı mütəxəssis özü açıqlama verib. Runi Premyer Liqa təmsilçisinin onuna görüşmək istədiyini, lakin bundan imtina etdiyini bildirib:

"Everton" menecerimə yaxınlaşdı və müsahibə üçün gəlməyimi istədi. Mən isə imtina etdim. Premyer Liqa məşqçisi olacağıma inanıram və buna 100 faiz hazıram. Amma "Derbi Kaunti"də mənim üçün vacib olan işim var".