"Yuventus" onu satmaqdan imtina etdi

28 Yanvar 2022 22:45 (UTC+04:00)

"Yuventus" yarımmüdafiəçisi Rodriqo Bentankuru "Aston Villa"ya satmaqdan imtina edib.

SİA xəbər verir ki, bu barədə "Sky Sports" məlumat yayıb. Bildirilib ki, Turin təmsilçisi 24 yaşlı oyunçu üçün göndərilən 20 milyon funt-sterlinqlik təklifi müsbət cavablandırmayıb. Ancaq “Yuventus” oyunçunu daha baha satmaq istəyir, çünki müqavilənin 30 faizi futbolçunun əvvəlki klubu “Boka Xuniors”a keçməlidir.

Qeyd edək ki, Bentankur bu mövsüm "Yuventus"un heyətində 26 oyuna çıxıb, 3 qol ötürməsi verib.