PSJ Dembeledən imtina etdi

28 Yanvar 2022 22:08 (UTC+04:00)

PSJ "Barselona"nın futbolçusu Usman Dembeleni almaqdan imtina edib.

SİA xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb. Paris klubu 24 yaşlı yarımmüdafiəçi ilə danışıqlar aparsa da, daha sonra fikrindən daşınıb. Buna səbəb isə Dembelenin tez-tez zədələnməsidir. Məsələ Liqa 1 təmsilçisini narahat etdiyi üçün klub danışıqları dayandırıb.

Qeyd edək ki. Dembele bu mövsüm 6 matçda 2 qolun ötürməsini verib.