Türkiyədə koronavirusa yoluxanların sayı kəskin artıb

28 Yanvar 2022 22:00 (UTC+04:00)

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 210 nəfər ölüb.

SİA-nın yerli xəbərinə görə, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca özünün “Twitter” səhifəsində paylaşdığı məlumatda bildirib.

Nazirin yeni növ koronavirusla bağlı yayımladığı bugünki cədvəldə COVID-19 infeksiyası ilə əlaqədar 438 min 252 nəfərin test edildiyi, 93 min 586 nəfərin koronavirus testinin pozitiv nəticə verdiyi, 85 min 503 nəfərin isə bu xəstəlikdən sağaldığı göstərilib.

Qeyd edək ki, ötən gün koronavirusa yoluxanların sayı 82 min 180, yanvarın 24-ü isə 67 min 023 nəfər olub.

Yoluxmaların sayının artmasını şərh edərək, nazir Qoca insanları panikaya düşməməyə çağırıb: “Virus əvvəlki kimi güclü deyil. Artan rəqəmlərdən narahat olmağa dəyməz. Yaşlılarımızı və xroniki xəstəlikləri olanları qoruyaraq, şəxsi ehtiyat tədbirlərinə əməl etməklə normal həyatımızı davam etdirəcəyik. Peyvəndlənmə prosesinə laqeyd yanaşmayaq. Bizim öz gücümüz, Turkovac var’.