Tunisdə terror aktının qarşısı alınıb

28 Yanvar 2022 21:58 (UTC+04:00)

Tunisdə terror aktının qarşısı alınıb.

SİA xəbər verir ki, bu barədə “Mosaique FM” radiostansiyası məlumat yayıb.

Terror aktı ölkənin turizm bölgələrindən birində kamikadze tərəfindən planlaşdırılıb.

Əməliyyat-axtarış tədbirləri nəticəsində təhlükəsizlik qüvvələri 22 yaşlı Tunis vətəndaşını paytaxt hava limanında saxlamağa nail olub.