Türk aktrisa səsi ilə hər kəsi təəccübləndirib

28 Yanvar 2022 19:31 (UTC+04:00)

Serenay Sarıkaya bir müddət əvvəl barışdığı sevgilisi Umut Evirgenin məkanında mahnı oxuyub. Serenay Sarıkayanın ifası məkanda bir müştərinin kamerasına tuş gəlib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, həmin gecə Serenay Sarıkaya məkanda hər kəsi təəccübləndirərək mikrofonu götürüb. Gözəl səsi ilə ifasına davam edən Serenay Sarıkaya məkandakı müştərilər tərəfindən alqışlarla qarşılanıb.