Şuşa Bəyannaməsi strateji siyasi diplomatik əhəmiyyət daşıyan bəyannamədir - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

28 Yanvar 2022 18:30 (UTC+04:00)

"Şuşa bəyannaməsinin imzalanmasından bir il ötür və bu bəyannamə istər Azərbaycan, istər Türkiyə istərsə də yerləşdiyimiz Cənubi Qafqaz üçün çox strateji siyasi diplomatik əhəmiyyət daşıyan bir bəyannamədir". Bu sözləri SİA-ya açıqlamsında millət vəkili Jalə Əliyeva bildirib.

Onun sözlərinə görə, bu bəyannamə bir daha bölgədə Azərbaycan və Türkiyənin birlikdəliyini və əməkdaşlığını ortaya qoyur: "Eyni zamanda Azərbaycan və Türkiyənin bölgədə iştirakı olmadan heç bir böyük beynəlxalq layihələrin həyata keçirilməsinin mümkün olmadığı həqiqətini ortaya qoyur. Çünki Türkiyə və Azərbaycan əməkdaşlığı, strateji birliyi bütün bölgə üçün əhəmiyyətli bir faktdır. Hər bir bölgə eyni zamanda dünya ölkələri də bilir ki, bölgədə Türkiyə və Azərbaycanın iştirak etmədiyi heç bir layihə keçərli deyil. Bu layihələri əhəmiyyətli edən məqamlardan biri də ondan ibarətdir ki, burada sadəcə bölgənin aralarında münasibəti olan 5 ölkəsi deyil, zamanda Ermənistanın da iştirakına bir pəncərə buraxırıq. Biz artıq bunu Ermənistan rəhbərliyinin öhdəliyinə buraxmışıq. Əgər öz ölkələrinin inkişafını öz xalqlarının rifahını düşünürlərsə yəqin ki, onlar da bu layihələrdə iştirak etmək istəyəcəklər.

Bu gün Azərbaycan müharibədən sonrakı dövrdə qurulucuq işləri ilə məşğuldur və bu gün ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin də söylədiyi kimi müharibə artıq bitib. Biz sülh müqaviləsi imzalamışıq. Bu müqavilə əsasında sadəcə ölkəmizin deyil, eyni zamanda bölgənin də inkişafı naminə konstruktiv addımları atmağa hazırıq. Bu sadəcə söz deyil, biz bütün söylədiklərimizi öz imzamızla təsdiq edirik".