Nanə Ağamalıyeva "ATV"dən ayrılırmı?

28 Yanvar 2022 17:10 (UTC+04:00)

Ötən gün mətbuatda Nanə Ağamalıyevanın “ATV” kanalından ayrılması ilə bağlı məlumatlar yayılıb. SİA xəbər verir ki, sözügedən informasiyalarda aparıcının kanal rəhbərliyi ilə problemi yaşadığı səbəbindən də iş yerini tərk edəcəyi qeyd edilib. Məsələ ilə bağlı “ATV” kanalının ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Ozal İbrahimli ilə əlaqə saxlanılıb.

Ozal İbrahimli açıqlamasında bildirib ki, yayılan xəbərlər həqiqəti əks etdirmir və Nanə Ağamalıyevanın “ATV”də fəaliyyəti davam edir.