İqlim şəraiti insan orqanizminə necə təsir edir? - HƏKİM AÇIQLADI

28 Yanvar 2022 16:22 (UTC+04:00)

“İqlim yunan sözü olub, havanın çox illik rejimi adlanır. Həmçinin iqlim hava şəraitini əvəz edən müxtəlifliklərin məcmusudu. Hava şəraitinin yer səthinə yaxın olan hissəsi isə mikroiqlim adlanır”. Bu sözləri SİA-ya açıqlamasında həkim Tariyel Eyvazov bildirib.

Onun sözlərinə görə, coğrafi amillər, dəniz səviyyəsinin hündürlüyü, bitki örtüyünün xarakteri, havanın tərkibi və s. iqlim dəyişikliyinə səbəb olur: “Beynəlxalq şəkildə qəbul olunmuş qaydalara görə Yer kürəsində 11 iqlim şəraiti mövcudur. 11 iqlimin 9-u isə Azərbaycandadı. Həmçinin Azərbaycanın iqlimi mülayim və subtropik iqlim qurşağına aiddi. Yalnız Böyük Qafqazın sıra dağları biraz mülayim iqlim quruluşunda yerləşir. Deməli orta illik tempraturu adətən bizim ölkəmiz üçün 14-15, bəzi isti ərazilərdə isə 40-45 dərəcədi. İqlim dəyişikliyinin insan orqanizminə təsiri temperatur nəticəsində baş verir. Yəni həddən artıq yüksək və ya aşağı temperaturun olması insan səhhətinə mənfi təsr edir.

Aparılan araşdırmalar nəticəsində məlum olmuşdur ki, insan səhhətinə bilavasitə isti hava şəraiti təsir edir. Çünki temperatur yüksək olduqda qan damarları genişlənir və bunun nəticəsində qan kerəcikləri bir-birinə yapışaraq orqanizmə oksigeni ötürə bilmir. Buna görə də insanlar özünü günəşdən qorumalı və ultrabənövşəyi şüaları həkim məsləhəti ilə qəbul etməlidi. Bununla yanaşı kəskin soyuq havalar da, insan orqanizminə təsir. Qan damarları büzüşür və maddələr mübadiləsi baş vermir”.